Ermənistanda hərbi hissədəki partlayışda ölən və yaralananlar var

Ermənistanda hərbi hissədəki partlayışda ölən və yaralananlar var

Hazırda oxunan: Ermənistanda hərbi hissədəki partlayışda ölən və yaralananlar var

44086
 Ermənistan ordusunun hərbi hissəsində baş verən partlayış nəticəsində ölən və yaralanan var.

Trend-in məlumatına görə, oktyabrın 19-da işğal olunmuş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Məlumatda hadisədən dərhal sonra partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınlarının və digər xüsusi texnikanın cəlb edildiyi də bildirilir.

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır. Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.
 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO