Ərdoğanla Bayden hansı məsələləri müzakirə ediblər? – DETALLAR

Ərdoğanla Bayden hansı məsələləri müzakirə ediblər? – DETALLAR

Hazırda oxunan: Ərdoğanla Bayden hansı məsələləri müzakirə ediblər? – DETALLAR

44056

Ağ Ev ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb.

Bizim.Media-nın məlumatına görə, açıqlamada ABŞ-ın Türkiyə ilə konstruktiv əlaqələri davam etdirmək istədiyi qeyd olunub.

Məlumata əsasən, ABŞ və Türkiyə prezidentləri Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.

Bildirilib ki, Türkiyə önəmli bir hərbi və NATO müttəfiqidir, prezidentlərin görüşündə ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması məsələsində razılığa gəlinib.

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanın Baydenlə 20 dəqiqə planlanan görüşü 1 saatdan çox çəkdi - VİDEO


Açıqlamada C. Bayden və R. T Ərdoğanın iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yönündə məsələləri də müzakirə etdikləri qeyd edilib. 

Görüşdə NATO və strateji ortaqlıq vurğulanıb, prezidentlər iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluqlarını dilə gətiriblər.

Türkiyə tərəfindən də yüksək səviyyəli rəsmilərdən biri görüşün müsbət atmosferdə keçdiyini bildirib.

Qeyd edək ki, görüş Romada keçirilən 16-cı G-20 sammiti çərçivəsində baş tutub və 1.5 saat çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO