Bu gün Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı işə başlayır.
Bizim.Media xəbər verir ki, tədbirdə 200-ə yaxın ölkədən 25 min nümayəndə iştirak edəcək.
Tədbirin gündəliyinin əsasını qlobal emissiyaların erkən azaldılması, qalıq yanacaqların ləğvi və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi təşkil edir.
MÖVZU İLƏ BAĞLI:
BMT-nin Baş katibindən dünya ölkələrinə ÇAĞIRIŞ
Sammitdə insan fəaliyyəti nəticəsində bəşəriyyət üçün ən böyük təhlükəyə çevrilən iqlim böhranı ilə mübarizə üçün yeni öhdəliklərin elan ediləcəyi gözlənilir.
Qlazqo sammitinin gündəmindəki ən mühüm məsələlərdən biri tullantıların qısa zamanda azaldılması istiqamətində atılacaq addımlar olacaq.
Qeyd edək ki, sammit noyabrın 12-dək davam edəcək.
Bizim.Media