İtaliyanın paytaxtında İyirmilik (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammiti işə başlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, liderlər şənbə günü səhər Romanın EUR kvartalındakı Nuvola (Bulud) konqres mərkəzinə gəlməyə başlayıblar.
Sammitin sədri, İtaliyanın Baş naziri Mario Draqi iştirakçıları, o cümlədən dövlət və hökumət başçıları ilə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən BMT rəhbərlərini qarşılayıb.
Rusiya prezidenti Vladimir Putin sammitin iclaslarında videobağlantı vasitəsilə iştirak edəcək. Onun təqdimatı iki sessiyada gözlənilir:
“Qlobal İqtisadiyyat və Qlobal Sağlamlıq” və “İqlim Dəyişikliyi və Ətraf Mühit”.
Dünya əhalisinin 60%-ni, qlobal ÜDM-in 80%-ni və ixracın 75%-ni təşkil edən ölkələrin nümayəndələri iqlim, sağlamlıq və davamlı inkişaf kimi aktual məsələləri müzakirə edəcəklər.
Səlahiyyətlilər sammit zamanı Roma üzərindəki hava məkanının bağlanmasını əmr edib. Təhlükəsizliyi 10 minə yaxın asayiş keşikçisi təmin edir. Əraziyə nəzarət etmək üçün dronlardan istifadə olunur.
Nümayəndə heyətlərinin məskunlaşdığı səfirliklərin və mehmanxanaların əraziləri, həmçinin şam yeməyi və qəbulların keçirildiyi bütün saray və villalar gücləndirilmiş mühafizəyə götürülüb. G20 ölkələri liderlərinin görüşü zamanı şəhərdə 14 metro stansiyası bağlanıb, arxeoloji abidələrə və muzeylərə giriş məhdudlaşdırılıb.
Bizim.Media