Ərdoğan Mustafa Kamal Atatürkün xatirəsini yad etdi - FOTO/VİDEO

Ərdoğan Mustafa Kamal Atatürkün xatirəsini yad etdi - FOTO/VİDEO

Hazırda oxunan: Ərdoğan Mustafa Kamal Atatürkün xatirəsini yad etdi - FOTO/VİDEO

43787

“Qəhrəman türk xalqının şanlı tarixi parlaq qələbələrlə doludur. Türkiyə 2023-cü ilə qədər açıqlanan bütün hədəflərə çatmağa hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsinin Fəxri qonaqlar kitabında prezident Rəcəb Tayyib Ərdoğanın qeydində deyilir.

Türkiyə lideri Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümündə böyük dövlət xadiminin və silahdaşlarının xatirəsini ehtiramla yad edib.

Ərdoğan onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Atatürkün məqbərəsini ziyarət edib.

Nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu, müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı, İYİ Partiyasının lideri Meral Akşener, Nazirlər Kabinetinin üzvləri, ali məhkəmə orqanlarının rəisləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və silahlı qüvvələrin birlik komandirləri iştirak ediblər. Ərdoğan Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Tədbirdə iştirak edənlər Türkiyə Cümhuriyyətinin qurucusunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Türkiyə Cümhuriyyətinin himni səsləndirilib.

Ərdoğan Fəxri qonaqlar kitabına bu sözləri yazıb:

“Hörmətli Atatürk! Xalqımızın Cümhuriyyətin yaranmasının 98-ci ildönümünü qürurla qeyd etdiyi bu əlamətdar gündə bir daha Sizin xatirənizi ehtiramla yad edir, döyüş yoldaşlarınızı, Vətən uğrunda canından keçmiş hər bir qəhrəmanı ehtiramla yad edirik. Bu gün biz yorulmadan, bu ölkənin oğul və qızlarının canı bahasına bizə miras qoyduğu Cümhuriyyəti möhkəmləndirmək, gələcək nəsillərə çatdırmaq üçün çalışırıq. Biz Türkiyəni dünyanın iqtisadiyyatı güclü olan 10 ölkənin sırasına daxil etməyə çalışırıq. Bütün bəşəriyyətin pandemiyanın yaratdığı ciddi böhranlarla üzləşdiyi bir vaxtda Türkiyə ixrac, məşğulluq, istehsal və investisiya sahələrində yeni uğurlara imza ataraq güclü inkişaf yolunu davam etdirir. Qəhrəman türk xalqının şanlı tarixi parlaq qələbələrlə doludur. Biz 2023-cü ilə qədər olan dövr üçün elan edilmiş bütün hədəflərə çatmağa hazırıq. Qəbrin nurla dolsun".

Bizim.Media

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO