Ukraynadan “Bayraktar”la bağlı AÇIQLAMA

Ukraynadan “Bayraktar”la bağlı AÇIQLAMA

Hazırda oxunan: Ukraynadan “Bayraktar”la bağlı AÇIQLAMA

43733

“Bayraktar” pilotsuz təyyarələri 2021-ci ilin yazından hazır vəziyyətə gətirilib.

Bizim.Media xəbər verir ki, bu fikirləri “BBC News Ukrayna”ya müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev səsləndirib.

Onun sözlərinə görə, 2021-ci ilin mart ayından pilotsuz təyyarələr kəşfiyyat üçün effektivliyini göstərib və düşmən haqqında praktiki məlumatlar verib.

"Onlar təkcə Donbasda deyil, həm də Ukraynanın cənubunda və şimalında patrul aparırlar. "Bayraktarlar" apreldə, eləcə də "Zapad-2021" təlimləri keçirilən zaman uçublar”, deyə o, qeyd edib.

Nayev oktyabrın 26-da Donbasda dronların ilk istifadəsinə də münasibət bildirib:

"Bayraktar” general-leytenant Aleksandr Pavlyukun qərarı ilə istifadə edilir. Bunu ondan soruşmaq lazımdır. Amma dəqiq bilirəm ki, kəşfiyyat aparan PUA-lar həmişə döyüş sursatları ilə havaya qalxırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO