Baydenin vergi siyasəti ABŞ-da etirazla qarşılandı

Baydenin vergi siyasəti ABŞ-da etirazla qarşılandı

Hazırda oxunan: Baydenin vergi siyasəti ABŞ-da etirazla qarşılandı

43687

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin yeni vergi islahatlarını tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Trampın nümayəndəsi Liz Harrinqton “Tvitter” hesabında məlumat verib.

Tramp gələcəkdə ABŞ-da varlı sahibkarların qalmayacağını deyib:
 

“Milyarder və ya sərvət vergilərindən hansı ölkə faydalanacaq? ABŞ-ı taleyin ümidinə buraxan zəngin insanlar və şirkətlər hara köçəcək?”


Qeyd edək ki, vergi islahatlarını Trampdan əvvəl “Tesla” və “SpaseX”-in baş direktoru İlon Mask tənqid edib. Milyarder vergi siyasətini təhlükəli hesab etdiyini açıqlayıb. Maskın sözlərinə görə, layihə adi amerikalıları təhlükə altına salır,  belə ki, supervarlıların vergiləri yetərli olmayan kimi növbə onlara çatacaq. 

Maks həmçinin əlavə edib ki,  yeni vergi qaydalarının tətbiqindən sonra ondan alınacaq 50 milyard dollara o, Marsa adam göndərməlidir.
 

Qeyd edək ki, Bayden administrasiyası vergi sistemində islahatlar aparmaq, korporasiyalar və milyarderlər üçün xüsusi vergi tətbiq etmək istəyir. Ödənişlərdən əldə edilən gəlirlər prezidentin sosial və iqlim layihələrini əhatə edən 3,5 trilyon dollarlıq iqtisadi planını maliyyələşdirəcək. 


Bayden dəfələrlə qeyd edib ki, varlı insanlar büdcəyə ədalətli məbləğlər ödəmirlər. Hazırkı vergi dərəcəsi isə 21 faizdir.

Bəzi məlumatlara görə, Elon Mask və Ceff Bezos kimi ən zəngin insanlar bir neçə ildir ki, federal vergilərdən yayınırlar. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO