Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-ın bir qrup islam, xristian və yəhudi dini icma rəhbərləri ilə görüşüb.
Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, sədr M.Qurbanlı ABŞ-a səfərləri çərçivəsində keçirilmiş görüşləri xatırladaraq qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb.
Bugünkü qonaq heyətinin tərkibində xristian, islam və yəhudi dininə mənsub tanınmış şəxslərin olmasını qeyd edən Komitə sədri bunun Azərbaycandakı dinlərarası harmoniyaya bənzədiyini bildirib.
Görüş zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbəmizə diqqət çəkən DQİDK sədri işğaldan azad edilmiş ərazilərimizdə təcavüzkar Ermənistan dövlətinin vandal əməlləri, o cümlədən xalqımıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələrin dağıdılması və Qafqaz Albaniyasına məxsus kilsələrin saxtalaşdırılması faktlarını xüsusilə vurğulayıb.
Dini icma rəhbərləri səfərləri müddətində canlı şahidi olduqları tolerantlıq və dini müxtəliflik mühitini təqdir etdiklərini qeyd ediblər.
Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini ibadətgahları ziyarət etdiklərini, o cümlədən Ağdam, Şuşa, Gəncə şəhərlərində olduqlarını söyləyən qonaqlar müxtəliflik, eyni zamanda inklüzivliyin dövlət və xalqımızın prioritetləri sırasında öncəlik təşkil etdiyini qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:43 / 28.10.2021
ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər ediblər
Hazırda oxunan: ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər ediblər
Hazırda oxunan: ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər ediblər
43686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.