“İran digər ölkələrin daxili işlərinə qarışmır” – XİN başçısının bu mesajı hansı ölkəyə yönəlib?

“İran digər ölkələrin daxili işlərinə qarışmır” – XİN başçısının bu mesajı hansı ölkəyə yönəlib?

Hazırda oxunan: “İran digər ölkələrin daxili işlərinə qarışmır” – XİN başçısının bu mesajı hansı ölkəyə yönəlib?

43501

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əfqanıstanın qonşu ölkələrin nazirlərinin Tehranda keçirilən ikinci iclasında bildirib ki, Əfqanıstan rəhbərliyi əhalinin təhlükəsizliyi və sərhədin mühafizəsi üçün tam məsuliyyət daşıyır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İRNA agentliyi yayıb.

“Ümid edirik ki, bu gün biz yekdilliklə beynəlxalq ictimaiyyətə, regional ölkələrə və Əfqanıstana mesaj çatdıra biləcəyik” deyən Abdullahiyan görüşün Əfqanıstanın yeni reallıqlarını müzakirə etmək məqsədi daşıdığını qeyd edib.

O vurğulayıb ki, İran Əfqanıstanda inklüziv hökumətin qurulmasını dəstəkləyir. İranlı nazir əmindir ki, “Biz Əfqanıstanın mövcud vəziyyətdən çıxmasına kömək etməliyik”.

Abdullahiyan vurğulayıb ki, digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət və daxili işlərinə qarışmamaq İranın xarici siyasətinin təməl prinsipləridir.

“Hesab edirik ki, ilk növbədə bütün qonşu dövlətlər və eyni zamanda beynəlxalq ictimaiyyət Əfqanıstanda siyasi və humanitar vəziyyətə, terrorizmin yayılmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan və qadın hüquqlarına hörmətlə yanaşılmasına xüsusi diqqət yetirməlidir”, - iranlı nazir izah edib.

Abdullahiyan əmindir ki, Əfqanıstanda son onilliklərdə baş verən problemlərə və faciələrə görə birbaşa ABŞ məsuliyyət daşıyır.
 

Çərşənbə günü, oktyabrın 27-də Tehranda Əfqanıstanın qonşu dövlətlərinin xarici işlər nazirləri səviyyəsində ikinci görüşü keçirilir. Bu görüşdə Rusiya da iştirak edəcək.


Müzakirələrdə Özbəkistan, Tacikistan, Türkmənistan və Pakistanın xarici işlər nazirləri şəxsən iştirak edir, Çin və Rusiya xarici işlər nazirləri isə videokonfrans vasitəsilə iclasa qatılıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO