Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim oldu

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim oldu

Hazırda oxunan: Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim oldu

43062

İŞİD terror qruplaşmasının onlarla tərəfdarı Əfqanıstanın şərqində radikal “Taliban” hərəkatının yaratdığı yerli hakimiyyət orqanlarına təslim olub.

Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhvok” agentliyi məlumat yayıb.

Əyalətin kəşfiyyat xidmətlərinin nümayəndələrinə görə, İŞİD-in 50 yaraqlısı Nanqarharda hökumət qüvvələrinə təslim olub.

Bunun yerli tayfa liderlərinin vasitəçilik etməsi sayəsində mümkün olduğu qeyd edilir.

Bir neçə gün əvvəl Əfqanıstan hökumətində informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Zabihulla Mücahid bildirib ki, “Taliban” hərəkatının hərbi qüvvələri ölkənin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar keçirir. Mücahidin sözlərinə görə, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qruplaşma ilə müstəqil mübarizə apara bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO