Dünyanın ən etibarlı sərnişin təyyarəsində hansı ölkə lideri uçur?

Dünyanın ən etibarlı sərnişin təyyarəsində hansı ölkə lideri uçur?

Hazırda oxunan: Dünyanın ən etibarlı sərnişin təyyarəsində hansı ölkə lideri uçur?

43011

Dünyanın ən etibarlı sərnişin təyyarələri Rusiyanın istehsal etdiyi İL-86 və onun əsasında yaradılmış İL-96-dır. 

Bizim.Media xəbər verir ki, bu fikri Ura.ru-ya SSRİ-nin əməkdar sınaq pilotu Viktor Zabolotski və Rusiya Federasiyasının əməkdar pilotu, təyyarə komandiri Sergey Kruqlikov deyib.
 

“Mənim fikrimcə, İL-96 heç vaxt fəlakətlə üzləşməyib. O, çox yüksək təhlükəsizlik dərəcəsinə malikdir, çünki avtomatik  idarə edilir və mexaniki idarəetməni də qüvvəsində saxlayır”, -Zabolotski deyib və əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin də belə təyyarə ilə uçur. 


O, izah edib ki, avtomatik idarəetmə sistemləri sıradan çıxsa, təyyarə mexaniki idarəetməyə keçir. Buna görə də prezidentlər belə sistemlə uçurlar. 

Sınaq pilotu həmçinin qeyd edib ki, sovet dövründə yaradılmış təyyarələrin etibarlılığı xüsusi dizayn texnologiyası və çoxmərhələli yoxlama ilə bağlıdır. 

Kruqlikov İL-86 və İL-96-nı ən təhlükəsiz sərnişin təyyarəsi adlandırıb.

"Boeing 777, Boeing 767, eləcə də A310, A330 ilə də uçmaq şansı qazandım. Bəzən onlarda macəralar yaşadım” deyə pilot yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO