Ərdoğan Fətullah Gülənin bağlanan məktəblərindən danışdı

Ərdoğan Fətullah Gülənin bağlanan məktəblərindən danışdı

Hazırda oxunan: Ərdoğan Fətullah Gülənin bağlanan məktəblərindən danışdı

42924

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Fətullah Gülənin Pakistanda olan məktəblərinin bağlanmasını müzakirə edib. 

Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, R.T. Ərdoğan Dolmabaxçda yerləşən iş ofisində Pakistanın Pəncab Əyalətinin baş naziri Şahbaz Şərif ilə görüşüb.

1,5 saat davam edən görüşdə əsas müzakirə mövzusunun Fətullah Gülən məktəblərinin Pakistanda bağlanması olduğu bildirlir.

Tərəflər görüş zamanı Gülənin, Pakistanda olan 23 məktəbinin bağlanma səbəbləri üzərində fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, bir neçə gün öncə jurnalistlərin sualını cavablandıran Türkiyənin baş nazir R.T.Ərdoğan, "zərbaycanda olduğu kimi Pakistanda da Gülən məktəblərinin bağlanması haqqında danışmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO