Ryazan vilayətində zavodda baş verən yanğında ölənlərin sayı 15 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib. Məlumatı Rusiya Səhiyyə Nazirliyi təsdiqləyib.
Yanğının baş verdiyi ilk saatlarda hadisənin 7 nəfər qurbanı olduğu bildirilirdi. Polis, partlayış zamanı zavodda 17 işçinin olduğunu söyləyib.
"Saat 8:00-da istehsalat avadanlığı işə salındıqda partlayış baş verib, nəticədə 150 kvadratmetr sahəsi olan bina uçub",- deyə məlumatda bildirirlir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğına səbəb texnoloji prosesin pozulması olub. Saat 09:45 radələrində yanğın 160 kv.m sahədə lokallaşdırılıb. Əhali üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, zavodun rəsmi saytında şirkətin altı il əvvəl müflis olduğu və 2017-ci ildən fəaliyyət göstərmədiyi göstərilir. Fövqəladə hallar xidmətinin məlumatına görə, sex partlayıcı maddələrin istehsalı və saxlanması və döyüş sursatlarının utilizasiyası ilə məşğul olan şirkətə məxsusdur.
***
Rusiyanın Ryazan vilayətində zavodda yanğın baş verib.
Bizim.Media xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
FHN-in yerli idarəsi hadisə nəticəsində 7 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. 9 nəfərin taleyi isə naməlumdur.
Yanğına texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Bizim.Media