İsraildə COVID-19-un "AY.4.2" mutasiyası aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeni ştam İsrailə xaricdən qayıdan və Ben-Qurion Hava Limanında testdən keçən 11 yaşlı uşaqda təsbit edilib.
Uşağın təcrid olunduğu və heç kimlə əlaqə saxlamadığı qeyd edilir. Yeni mutasiyanın "delta" ştamından daha təhlükəli olduğu bildirilib.
"AY.4.2" adlanan yeni ştam dünya ölkələrində tüğyan edən “delta”dan 10-15% daha infeksion sayılır. Alimlər bu ştamın pandemiya dövründə ən yoluxucu ştama çevriləcəyini iddia edirlər.
Bizim.Media