İsrail İranın nüvə obyektlərinə hücum etmək üçün 1,5 milyard dollar ayırdı - FOTO

İsrail İranın nüvə obyektlərinə hücum etmək üçün 1,5 milyard dollar ayırdı - FOTO

Hazırda oxunan: İsrail İranın nüvə obyektlərinə hücum etmək üçün 1,5 milyard dollar ayırdı - FOTO

42315

İsrail hökuməti İranın nüvə obyektlərinə potensial hücuma hazırlaşmaq üçün 1,5 milyard dollar ayırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İsrailin “Kanal 12” telekanalı yayıb.

Mənbə yazır ki, bu il ordunu İrana potensial hücuma hazırlamaq üçün 1 milyard dollar, gələn il isə 500 milyon dollar xərclənəcək.

Vəsaitlərin nüvə obyektlərinə zərbələr endirmək üçün təyyarələrə, kəşfiyyat materialların toplanmasına və əlavə vəsaitlərə yönəldiləcəyi gözlənilir. Kəşfiyyatın peyklərin köməyi ilə aparılacağı bildirilir. İsrail bu xərclərin noyabr ayında təsdiqlənəcəyinə ümid edir.

İsrailin İrana hücum üçün büdcə ayırması xəbəri ABŞ Hərbi Hava Qüvvələrinin GBU-72 (“Advanced 5K Penetrator”) beton deşici bunker əleyhinə bomba sınağının uğurla başa çatdığını elan etdikdən bir neçə gün sonra gəlib.

Bu 2,5 tonluq bomba İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün hazırlanıb. Ancaq qeyd edilir ki, GBU-72 qırıcılar və ya ağır bombardmançılar tərəfindən daşınır. İsraildə isə bu cür mərmini daşımaq üçün vasitə yoxdur.

2009-cu ildə daha yüngül olan GBU-28 bombaları gizli olaraq İsrailə satılıb. Bu bomba İranın Fordda dağların altında yerləşən nüvə mərkəzini məhv edə bilmir.
 

Daha əvvəl İsrail Silahlı Qüvvələri Baş Qərargah rəisi Aviv Kohavi ölkəsinin İranın nüvə proqramlarına qarşı əməliyyatlara hazırlıq işlərini əhəmiyyətli dərəcədə artırdığını bildirmişdi. Onun sözlərinə görə, İsrailin müdafiə büdcəsinin əhəmiyyətli bir hissəsi buna yönəlib.


Bu ilin yanvar ayında Kohavi İsrail ordusunun İrana güclü zərbələr endirmək üçün "yeni əməliyyat planı" hazırladığını deyib. Avqust ayında Baş Qərargah rəisi İranın nüvə proqramının sürətlənməsinə cavab olaraq əməliyyat planının tezləşdiriləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO