İsrail, Rusiya və ABŞ-ın Milli Təhlükəsizlik Şurası İranla bağlı görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Teleqram kanalı yayıb.
Mənbə yazır ki, İsrailin Rusiyadakı səfiri Aleksandr bin Zevi rəsmi Təl-Əviv, Moskva və Vaşinqtonun İran və Suriya ilə bağlı birgə görüşün keçirilməsi haqda razılaşma əldə edildiyini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
İranın ən böyük qorxusu: Güney Azərbaycan türklüyü - VİDEO
O, oktyabrın 16-da Rusiyanın "Sputnik" agentliyinə müsahibəsində deyib: "Görüşün günü və saatı hələlik dəqiqləşdirilməyib. Biz toplantıya ev sahibliyi etməyə hazırıq, ancaq, bununla bağlı hansısa razılaşma əldə olunmayıb”.
Səfir habelə görüşdə İran, Suriya və Yaxın Şərq bölgəsi ilə əlaqədar bir sıra məsələlərə dair fikir mübadiləsi aparılacağını deyib.
Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Naftali Bennet ilə oktyabrın 22-də Soçidə baş tutacaq görüşündən sonra üçtərəfli görüşün də keçiriləcəyi ehtimal olunur.
Bizim.Media