Müəllimlərin və təhsil işçilərinin etiraz aksiyaları oktyabrın 14-də də davam edib.
Bizim.Media xəbər verir ki, Cənubi Azərbaycan şəhərlərində müəllimlərin, təhsil işçilərinin və təqaüdə çıxmış təhsil sistemi əməkdaşlarının etiraz aksiyaları genişlənib.
Oktyabrın 14-də Təbriz, Culfa və Ərdəbil şəhərlərində adı çəkilən şəhərlərin Təhsil İdarəsinin qarşısına toplaşan müəllimlər və təqaüddə olan təhsil işçiləri təsnifatlaşdırma (sıralama) və əmək haqlarının uyğunlaşdırılması planının həyata keçirilməməsinə öz etirazlarını bildiriblər.
"Azad İran" Telegram kanalının verdiyi məlumata görə, etirazçılar “müəllim ayrı-seçkilikdən bezib” kimi şüarlarla hüquqlarının pozulmasına və məsələnin həll olunması ilə bağlı İran hökuməti və Təhsil Nazirliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsinə narazılıq ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:13 / 15.10.2021
Güney Azərbaycanda müəllimlərin etiraz aksiyaları GENİŞLƏNİR - VİDEO
Hazırda oxunan: Güney Azərbaycanda müəllimlərin etiraz aksiyaları GENİŞLƏNİR - VİDEO
Hazırda oxunan: Güney Azərbaycanda müəllimlərin etiraz aksiyaları GENİŞLƏNİR - VİDEO
41697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.