Livanda matəm elan olundu - 6 ölü, 60 yaralı var

Livanda matəm elan olundu - 6 ölü, 60 yaralı var

Hazırda oxunan: Livanda matəm elan olundu - 6 ölü, 60 yaralı var

41637

Livanın paytaxtı Beyrutdakı atışmada ölənlərlə bağlı sabah ölkədə matəm elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş naziri Nəcib Mikat qərar imzalayıb.

Matəm günündə bütün özəl və dövlət qurumları bağlanacaq.

Qeyd edək ki, "Haraket Amal" partiyasının tərəfdarları oktyabrın 14-də Beyrutda etiraz aksiyası keçiriblər. Onlar ötən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO