İranlı boksçunun səmimi etirafı:

İranlı boksçunun səmimi etirafı: "Mən hər şeyə görə Azərbaycana borcluyam"

Hazırda oxunan: İranlı boksçunun səmimi etirafı: "Mən hər şeyə görə Azərbaycana borcluyam"

41601

Əslən Güney Azərbaycanın Zəncan bölgəsindən olan boksçu Fərşid Rüstəminin açıqlamaları İranda qalmaqala səbəb olub.

Bizim.Media “khabarrazmavar.ir” saytına istinadən xəbər verir ki, bu haqda materialı "Azad İran" Telegram kanalı hazırlayıb.

Mənbə yazır ki, o, iştirak etdiyi verilişlərdən birində aparıcının suallarını cavablandırarkən Azərbaycan və İranda idmançılara verilən dəyəri müqayisə edib.

İdmançının sözlərinə görə, İranda boksla professional qaydada məşğul olmasına baxmayaraq, Azərbaycana gəldikdə məşqçisi Nəriman Abdullayev ona bildirib ki, "sən yumruq atmağı bacarırsan, boksu deyil".
 

Məşqçilər ona bildiriblər ki, indiyədək uğurlarının səbəbi fiziki olaraq güclü olmağınla bağlıdır, əslində İranda sənə boksun heç bir taktikasını öyrətməyiblər. 


Bundan sonra isə Fərşid Azərbaycanda boksu yenidən sıfırdan öyrənməyə başlayıb.
Aparıcı daha sonra idmançıya Azərbaycanda idman karyerasını davam etdirməyə görə nə vaxtsa öz-özlüyündə peşiman olub-olmadığı ilə bağlı sual verib. O isə əvəzində heç vaxt bunun baş vermədiyini, bütün həyatını Azərbaycana borclu olduğunu deyib.

Fərşid daha sonra Azərbaycanla İranda idmançılara verilən dəyəri müqayisə edib. O bildirib ki, əgər Zəncanda qalsaydı, hazırda böyük ehtimalla işsiz-gücsüz bir insan olacaqdı.

Azərbaycana gəldikdən sonra isə burada Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstək və qayğı nəticəsində karyerasının inkişaf etdirməklə yanaşı, şəxsi biznes də qura bildiyini, eləcə də bədən tərbiyəsi üzrə doktorluq dərəcəsi aldığını deyib.

Fərşid sonda bildirib ki, İranda yarışlarda udduğu mükafatların (qızıl) dəyəri çox aşağı olub və onlar yalnız yarışlara qatılmaq üçün Tehran-Zəncan yolunu gedib- gəlməyə sərf etməyə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO