Kişi məktəbli qızları aldadıb mənzilə apardı və dostları ilə...

Kişi məktəbli qızları aldadıb mənzilə apardı və dostları ilə...

Hazırda oxunan: Kişi məktəbli qızları aldadıb mənzilə apardı və dostları ilə...

41375

Rusiyanın Yekaterinburq şəhərinin Uralmaş rayonunda bir kişi təhsil müəssisəsinin yanında məktəbli qızları aldadaraq mənzilə aparıb və dostları ilə birgə onlarla cinsi əlaqəyə girib.

Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, bu haqda informasiyanı “E1.ru” nəşri yayıb.

Mənbə yazır ki, təhsil müəssisəsinin yaxınlığında bir kişi qızlara yaxınlaşaraq 60 min rubl məbləğində pulu olduğunu və onlarla birlikdə xərcləyə biləcəyini söyləyib. Məktəbli qızlar razılaşıblar və gündəlik kirayə mənzil tutublar.

Qızlar maşına əyləşiblər, salonda isə iki qardaş da olub. Yolda spirtli içki alıblar və Yekaterinburqun mərkəzində kirayə tutduqları mənzilə gediblər.

Orda 3 kişi məktəbli qızlarla cinsi əlaqəyə giriblər.

Qızlardan birinin anası hüquq-mühafizə orqanlarına şikayət edib. Kişilər saxlanılıb, lakin onlar iddia edirlər ki, hər şey qarşılıqlı razılıq əsasında olub.

Nəticədə "Yetkinlik yaşına çatmayan şəxsə təcavüz" və "Cinsi xarakterli şiddətli hərəkətlər" maddələri ilə cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO