G20-nin Əfqanıstanla bağlı təcili sammiti işə başladı

G20-nin Əfqanıstanla bağlı təcili sammiti işə başladı

Hazırda oxunan: G20-nin Əfqanıstanla bağlı təcili sammiti işə başladı

41288

İtaliyanın paytaxtı Roma şəhərində G20-nin Əfqanıstanla bağlı təcili sammiti işə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, videokonfrans formatında keçirilən sammitə İtaliya hökumətinin Chigi Sarayında start verilib.

"Görüşün mərkəzində olan mövzular budur: Əfqanıstan əhalisinə təcili humanitar yardım, terrorla mübarizə, ölkə daxilində hərəkət azadlığı və sərhədlərin açılması", - İtaliyanın baş naziri “Twitter”də yazıb.

G20-nin Əfqanıstan üzrə Fövqəladə Zirvəsi, xüsusən BMT, BVF və Dünya Bankı nümayəndələrinin iştirakı ilə geniş tərkibdə keçirilir.

İclasda Rusiyanı xarici işlər nazirinin müavini İqor Morgulov və prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO