İranın növbəti HƏMLƏSİ: Azərbaycanda “Hüseynçilər” hərəkatı yaratdı - TƏFƏRRÜAT

İranın növbəti HƏMLƏSİ: Azərbaycanda “Hüseynçilər” hərəkatı yaratdı - TƏFƏRRÜAT

Hazırda oxunan: İranın növbəti HƏMLƏSİ: Azərbaycanda “Hüseynçilər” hərəkatı yaratdı - TƏFƏRRÜAT

0:00
0:00
41032

İranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Middle East Monitor” portalı yazır.

Müəllif Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir. 

“Lakin hərəkat rəsmən bu günlərdə aktiv edilib. “Hüseynçilər”, yaxud “Hüseyniyun” İslam Respublikasının Yaxın Şərqdəki “Müqavimət oxu” (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir”, - müəllif bildirir.

“Bu da mühümdür ki, indiki Azərbaycan hökuməti İsrailin və qardaş Türkiyənin vacib müttəfiqidir. Hərçənd Tehran əvvəllər də öz inqilabını Azərbaycana ixrac etməyə can atıb, amma bu işdə əhəmiyyətli uğur qazana bilməyib. Azərbaycanda 1991-ci ildə təsis edilən İslam Partiyası İran tərəfindən gizli maliyyələşdirildiyinə, hökumət çevrilişinə və ölkədə islam respublikası qurmağa cəhd etdiyinə görə dörd il sonra bağlanıb. Amma partiya fəaliyyətini daha bir neçə il qeyri-leqal davam etdirib və 2011-ci ildə onun lideri Mövsüm Səmədovun həbsi onun fəaliyyətinin kulminasiyası olub”, - nəşr yazır.

Müəllifə görə, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərin hansısa eskalasiyaya gətirib çıxarması az ehtimal ediləndir.
 

Amma İran digər Yaxın Şərq ölkələrində olduğu kimi dağıdıcı müxalif qrupları maliyyələşdirmək və ya “Müqavimət oxu” çətiri altında silahlı qrupları dəstəkləməyə yönəlmiş ardıcıl və effektiv siyasətinə üstünlük verə bilər.


“Tehranın Azərbaycanla münasibətləri sözün birbaşa mənasında münaqişəyə gətirib çıxarmayacaq, amma “Hüseynçilər”in meydana çıxması bunun aydın göstəricisidir ki, İranın öz düşmənlərinə qarşı qeyri-ənənəvi vasitələrlə fəaliyyət göstərmək imkanları var”, - məqalədə deyilir (virtualaz.org)

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO