Sabah Belqradda Qoşulmama Hərəkatının Sammiti başlayacaq

Sabah Belqradda Qoşulmama Hərəkatının Sammiti başlayacaq

Hazırda oxunan: Sabah Belqradda Qoşulmama Hərəkatının Sammiti başlayacaq

40982

Serbiyanın paytaxtı Belqrad oktyabrın 11-12-də Qoşulmama Hərəkatının Sammitinə ev sahibliyi edəcək.

Bizim.Media xəbər verir ki, Belqradda keçirilmiş birinci konfransın 60-cı ildönümünün qeyd olunacağı builki sammitdə 100-dən çox ölkənin nümayəndələri bir araya gələcəklər.

Serbiya Prezidenti Aleksandr Vuçiç sosial media hesabından yazıb ki, iştirakçılar bu gündən Belqrada gəlməyə başlayıblar. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri 60 il bundan öncə Belqrada toplaşmışdılar. Bu gün də müstəqillik və birgə fəaliyyətin əhəmiyyətini qeyd etməyin vaxtıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Serbiyaya getdi


Sammitə 105 ölkədən və 9 beynəlxalq təşkilatdan rəsmilər toplaşacaq.

Qeyd edək ki, dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilədək davam edəcək.

Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzvdür. 2019-cu il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO