Çin Xalq Respublikasının Sədri Si Cinpin müstəqilliyini tanımadıqları Tayvanı işğal edəcəklərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, "Tək Çin" siyasətini təkrarlayan Si Cinpin, Tayvanla yenidən birləşmənin vacib olduğunu, bunun ən qısa zamanda baş verəcəyini deyib.
“Tayvanı ana vətənlə birləşdirmək vəzifəsi yerinə yetirilməlidir. Bu tarixi hadisə mütləq baş verəcək”.
Çin lideri birbaşa hərbi güc tətbiq etməkdən danışmayıb, lakin açıqlamanın dolayısı ilə Çinin Tayvanı işğal etməyə hazırlaşdığı haqda mesaj olduğu deyilir.
Bir çox siyasi ekspertlər isə Çinin adanı işğal etməsinin Üçüncü Dünya müharibəsinə səbəb olacağını deyirlər.
Belə ki, ABŞ adanı qoruyur və işğal baş verərsə, Vaşinqton Çinə qarşı cavab aksiyası həyata keçirmək məcburiyyətində qalacaq. Bu savaşda Amerikanın müttəfiqləri – Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaqlar. Çünki, Çinin Tayvanı ələ keçirməsi bu üç ölkənin təhlükəsizliyinə də ciddi xələl gətirəcək.
Bizim.Media