Putinə doğum günündə verilən ən orijinal HƏDİYYƏLƏR

Putinə doğum günündə verilən ən orijinal HƏDİYYƏLƏR

Hazırda oxunan: Putinə doğum günündə verilən ən orijinal HƏDİYYƏLƏR

40608

Rusiya prezidenti Vladimir Putinin bu gün 69 yaşı tamam olur. Dövlət başçısı olaraq işlədiyi illərdə təkcə həmkarlarından deyil, həm də ölkə vətəndaşlarından çoxlu orijinal və heyrətləndirici hədiyyələr alıb. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Rusiya mətbuatında yer alıb.

Mənbə yazır ki, 7 oktyabr doğum günündə Vladimir Putin digər günlərdə olduğu  kimi iş yerində çalışır. Ancaq axşam saatlarında prezident bayramı ailəsi və dostları ilə birlikdə qeyd edir.

Rusiya lideri şəxsi bayramında tez-tez tədbirlər keçirir. Bundan əlavə, oktyabrın 7 -də Vladimir Putin ümumiyyətlə başqa ölkələrin liderlərinin təbriklərini qəbul edərək çox vaxt telefonla danışır. 

Vladimir Putin prezident kimi ilk doğum gününü (48 yaşında) Sankt -Peterburqun ətrafında, Pavlovskda qeyd edib.

2002-ci ildə Vladimir Putinin 50 illik yubileyi Kişinyovda MDB ölkələri liderlərinin görüşünə təsadüf edib. Danışıqlardan sonra MDB ölkələrinin başçıları Rusiya səfirliyində şam yeməyinə dəvət olunub, həmçinin Moldova şərablarının saxlandığı Krivova zirzəmilərini ziyarət ediblər.

2013-cü ildə, 7 oktyabrda prezident Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etmək üçün gəldiyi Bali adasında olub. Plenar iclas başlamazdan əvvəl APEC ölkələrinin liderləri Rusiya prezidentini təbrik ediblər. Görüşün aparıcısı İndoneziya Prezidenti Susilo Bambang Yudhoyono gitarada müşayiət edərək Happy Birthday to You mahnısını səsləndirib.

İkitərəfli görüş zamanı Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya Prezidentinə xatirə hədiyyəsi, Çin Prezidenti Si Cinpin isə tort hədiyyə edib.

2014-cü ildə Rusiya lideri bir gün istirahət edib və sivilizasiyadan uzaq Sibir tayqasına gedib və 2015-ci ildə Gecə Xokkey Liqası matçında buz üstünə çıxıb. Putin 15 qolun 7-ni vurub. Doğum günündə Rusiya prezidenti, əlbəttə ki, bir çox maraqlı hədiyyələr alıb. 

Ən orijinallarını qeyd edirik.

Moldova Prezidenti Vladimir Voronin 50 yaşında Rusiya dövlətinin başçısına suvenir timsah hədiyyə edib.

2008-ci ildə Vladimir Putin ad günü münasibətilə iki aylıq Ussuri pələng balasını alıb (verən şəxsin adı açıqlanmayıb). Putinin özünün dediyinə görə, bu, həyatındakı ən orijinal hədiyyədir. Bir müddət “Maşa” adlı heyvan Novo-Ogarevoda yaşayıb,  sonra Gelencikdəki zooparka aparılıb.

2017-ci ildə ən orijinal hədiyyəni İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov verib.

Soçidə, 7 oktyabrda Rusiya prezidenti italiyalı siyasətçi ilə görüşüb və o, Rusiya liderinə əl tikmələri olan yorğan hədiyyə edib. 

Dörd gün sonra Soçidə keçirilən ikitərəfli görüşdə Türkmənistan Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib və ona “Vernıy” adlı it balası hədiyyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO