Pəncşirdə Talibanla şiddətli döyüşlər başladı

Pəncşirdə Talibanla şiddətli döyüşlər başladı

Hazırda oxunan: Pəncşirdə Talibanla şiddətli döyüşlər başladı

0:00
0:00
40381

Pəncşirdə Taliban hərəkatının üzvləri ilə Əfqanıstan Milli Müqavimət Cəbhəsi (MMC) arasında silahlı qarşıdurma baş verib. 


Bizim.Media xəbər verir ki, bu barədə “Afghanistan International” Telekanalı məlumat yayıb.

Talibanla MMC-nin nümayəndələri arasında dava dünən gecə Unaba rayonunun Zamankur kəndi ərazisində qeydə alınıb. Təxminən iki saat davam edən qarşıdurmanın digər detalları açıqlanmayıb.

Daha əvvəl müqaviməti dəstəkləyən Əfqanıstan Milli Konqres Partiyasının sədri Əbdül Lətif Pedram TASS-a bildirib ki, Pəncşirdə Talibanla partizan müharibəsi davam edir. 

Bundan əlavə, MMC Bağlan əyalətinin Andarab və Marbolat bölgələrində Talibanla mübarizə aparır. Siyasətçiyə görə, Müqavimət indi Pəncşir dərəsindən keçən əsas yolun hər iki tərəfindəki dağ vadilərinə və təpələrə nəzarət edir.

O, Əfqanıstanın bir çox əyalətində Taliban tərəfindən nəzarət edilməyən ərazilərin olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO