Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.
Bizim.Media-nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində nazirlər çıxış ediblər.
S. Lavrov bildirib ki, əməkdaşlığımızın yeni istiqaməti İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qoşulması olacaq. Danışıqlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının heç bir əlavə olmadan tam şəkildə bərpa olunması prioritet məsələdir. Biz danışıqlarda bu prosesi tezləşdirmək istəyirik. Gündəlikdə olan digər məsələlər isə, əlbəttə ki, Suriya, Yaxın Şərq və Şimali Afrikanın digər regionlarında əməkdaşlığımız və Fars körfəzi zonasında normal münasibətlərin bərpa olunması yollarıdır.
İranın xarici işlər naziri iki ölkə arasında sıx münasibətlərin olduğunu qeyd edib:
“Biz münasibətlərimizdə yeni vəzifələrin öhdəsindən gəlməliyik. Beynəlxalq və regional gündəmdə duran məsələlərdə əməkdaşlığımızla bağlı yaxşı təcrübəmiz var. Bizim çox müxtəlif ikitərəfli əməkdaşlıqlarımız mövcuddur. Bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün danışıqlar aparacağıq. Bu gün yaxşı imkan var ki, regional gündəmdə duran məsələlərə toxunaq. Mən Cənubi Qafqazı, Əfqanıstanı, eləcə də Yəməni nəzərdə tuturam”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:38 / 06.10.2021
Sergey Lavrov İranın XİN başçısı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?
Hazırda oxunan: Sergey Lavrov İranın XİN başçısı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?
Hazırda oxunan: Sergey Lavrov İranın XİN başçısı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?
0:00
0:00
40373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.