Baydenin Vatikan səfərinin vaxtı bəlli oldu

Baydenin Vatikan səfərinin vaxtı bəlli oldu

Hazırda oxunan: Baydenin Vatikan səfərinin vaxtı bəlli oldu

40312

ABŞ Prezidenti Cozef Bayden oktyabrın sonunda Vatikanda Roma Papası Fransisklə görüşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib.

Onun sözlərinə görə, görüş Ağ Ev rəhbərinin G20 ("Böyük iyirmilik") sammiti üçün Romaya səfəri çərçivəsində baş tutacaq.

Daha əvvəl ABŞ mətbuatı Cozef Baydenin 30-31 oktyabr tarixlərində Romada keçirilməsi planlaşdırılan G20 ("Böyük iyirmilik") ölkələrinin dövlət və hökumət başçılarının zirvəsində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO