Qarabağ ermənisi Kiyevdə öldürüldü

Qarabağ ermənisi Kiyevdə öldürüldü

Hazırda oxunan: Qarabağ ermənisi Kiyevdə öldürüldü

40304
Ukraynanın paytaxtı Kiyevdəki iğtişaşlar zamanı ölən Sergey Niqoyan Qarabağ ermənisi imiş.
Virtualaz.org saytı “İnterfaks-Ukrayna” agentliyinə istinadən bildirir ki, bunu yerli jurnalistlərə açıqlamasında Sergey Niqoyanın atası Qaregin Niqoyan deyib.

Qaregin Niqoyanın sözlərinə görə, onun ailəsi Dağlıq Qarabağdakı müharibədən xilas olmaq üçün Ukraynanın Dnepropetrovsk vilayətinə köçməyə məcbur olub. O, etiraf edib ki, oğlunu Avromaydana getmək fikrindən daşındırmağa çalışıb.

“Amma Sergey öz bildiyini elədi. O, Avromaydana öz ayağı ilə getdi. Mənim oğlumu “Berkut” xüsusi təyinatlıları öldürdü” deyə Qaregin Niqoyan bildirib.

Xəbərdə o da deyilir ki, Niqoyanlar ailəsi Dnepropetrovsk vilayətinin Solonyansk rayonuna 1992-ci ildə köçüb. Sergey Niqoyan Dneprodzerjinsk idman kollecində təhsil alıb. Ermənistan XİN-dən isə bildiriblər ki, Kiyevdəki iğtişaşlar zamanı ölən erməni Ukrayna vətəndaşı olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO