Dünyanı heyrətləndirən 7 rok – SİYAHI

Dünyanı heyrətləndirən 7 rok – SİYAHI

Hazırda oxunan: Dünyanı heyrətləndirən 7 rok – SİYAHI

40251

Rok fanatları bu musiqi janrını ideal hesab edirlər. Sirr deyil ki, rok qədər insanlara təsir edən ikinci bir musiqi janrı olmayıb. 

Bizim.Media xəbər verir ki, rok ifalardan bəziləri bütün dünyanı heyrətləndirib:

1. “Helter Skelter” - The Beatles 

Bu mahnı “heavy metal”ın inkişafında açar hesab olunur. Pol Makkartni də etiraf edib ki, “Helter Skelter” qrupun buraxdığı ən səs-küy doğuran ifasıdır. 

2. “I Believe In A Thing Called Love” - The Darkness

“The Darkness” qrupu 2003-cü ildə Britaniyanın sinql yarışlarında 2-ci yeri tutub. 2005-ci ildə onların “I Believe In A Thing Called Love” roku 101 ən möhtəşəm gitar ifalarında 47-ci yerə sahib olub. 2020-ci ilin sorğularında isə bu rok parçası əsrin ən möhtəşəm mahnısı sayılıb.

3. “The House of the Rising Sun” - The Animals

1964-cü ilin ən sevilən mahnılarından olub.

4. “Seven Nation Army” - The White Stripes

Bu mahnının ilk 7 notu ifanı futbol fanatları arasında hitə çevirib. Rokun populyarlığı “Club Brugge”nin 2006-cı ildə Milanı udduğuna görə oxumasından sonra yaşandı. 

5. “Amerikan qadın” - The Guess Who

Kanadanın rok qrupu 11 studiya albomunun müəllifidir. Ən məşhur albomları isə 1970-ci ildə buraxılan “American Woman”dır. Mahnı anti-müharibə xarakterlidir və Vyetnam savaşı ilə bağlı rok qrupun hisslərini ifadə edir.

6. “We Not Gonna Take It” - Twisted Sister

Əvvəlcə “Silver Star” adı ilə tanınan qrup 1988-ci ildə uğursuz albom tənqidlərindən sonra dağılsa da, 1997-ci ildə yenidən bərpa olunur. ən yaxşı mahnılarından biri isə “We Not Gonna Take It”dir.

7. “Under Pressure” – Queen və Devid Boui

1981-ci ildə “Queen” qrupu və Devid Boui birgə mahnı hazırlayıblar. Lakin Freddi Merkuri ilə Devid qərara alırlar ki, mahnının özəl konstruksiyası naminə rok yazılanda bir ifaçı digərini eşitməməlidir. İfa əvvəlcə “People on the Streets” adlansa da, Bouinin israrı ilə “Under Pressure” kimi razılaşdırılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO