Əfqanıstandakı azərbaycanlılar:

Əfqanıstandakı azərbaycanlılar: "Biz öz dilimizdə təhsil almaq istəyirik"

Hazırda oxunan: Əfqanıstandakı azərbaycanlılar: "Biz öz dilimizdə təhsil almaq istəyirik"

40101

Azərbaycanlılar 3-4 əsr bundan öncə Əfqanıstana köçüblər. Köçün əsas tarixi hadisəsi XVIII əsrdə Nadir şahın Hindistana yürüşüdür. 

Bizim.Media xəbər verir ki, Nadir şah yürüş zamanı Qarabağdan olan 12 min ailəni Əfqanıstana aparır.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstan "G7"nin müzakirəsində - Sülh, yoxsa savaş? - TARİX BƏLLİ OLDU


Qarabağlılardan başqa türk nəsilləri də Əfqanıstanda yaşayır:

1. Cavanşir 

2. Avşar

3. Şahsevən

4. Bayat

5. Qaşqay 

6. Köçəri Kəbəri

7. Şirvanlı

Nadir şahın qətlindən sonra isə türklər Əfqanıstanda qalmalı olurlar. Araşdırmalar göstərir ki, onlara aid heç bir tədris müəssisəsi olmasa da, Azərbaycan dilini qoruyub saxlaya biliblər. Onlar əsasən Əfqanıstanın paytaxtı Kabildə yaşayırlar. 

1835-39-cu illərdə Əmir Dost Məhəmməd Əfqan dövlətinin hökmdarı olub. Onun anası isə əslən Qarabağlı Zeynəb Bəyim idi. 1839-ci ildə britanlar Əfqanıstana hücum edərkən qızılbaşlar da ingilis ordusunun tərkibində döyüşüb. Həmin qızılbaşlar isə sonradan Hindistanın Lahoruna köçüblər. Müzəffər Əli Xan Qızılbaş 1858-ci ildə Qərbi Pakistanın baş naziri olub. 1795-ci ildə əmir Aslan Xan Cavanşir Kəşmir valisi idi. 

Əfqanıstandakı azərbaycanlılar ana dillərinə “türk dili” deyir. 1876-cı ilə aid rəsmi bilgiyə görə Əfqanıstanda yaşayan 140 minlik əhalinin 6 min 500-ü “qızılbaş”, yəni, Azərbaycan türkü olub. Hazırda azərbaycanlıların Əfqanıstan əhalisinin 1-3 fazini təşkil etdiyi deyilir. Hazırda Qəznə vilayətinin tərkibində Qarabağ əyaləti, Kabil yaxınlığında isə Qarabağ rayonu mövcuddur. Onlar dillərini qorumaq üçün yetişən nəslin ali təhsilini Azərbaycanda almasını istəyirlər. 

2010-cu ildə türk dünyasına salam yollayan Əhməd Səbir Avşar da həmin azərbaycanlılardan biridir. O da bildirib ki, “ana dilimi çox sevirəm”. 

Hazırda Əfqanstanda yaşayan azərbaycanlılarla bağlı hansı işlər aparılır? Yaranmış vəziyyətdə onların taleyi ilə bağlı hər hansı qərarlar qəbul olunacaqmı? Bu barədə növbəti yazımızda bəhs edəcəyik.

Hələliksə Əfqanıstan azərbaycanlısının nitqinə təqdim olunan videodan baxa bilərsiniz:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO