Kabildə məscidin yaxınlığında PARTLAYIŞ – Ölənlər var

Kabildə məscidin yaxınlığında PARTLAYIŞ – Ölənlər var

Hazırda oxunan: Kabildə məscidin yaxınlığında PARTLAYIŞ – Ölənlər var

39938

Kabildə İdgah məscidi yaxınlığında partlayış baş verib. Həmin vaxt Zabihullah Mücahidin anası ilə vida mərasimi keçirilib.

O, ölkədə hakimiyyəti ələ alan radikal Taliban hərəkatını təmsil edir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “mk.ru” saytı yayıb.

Mənbə yazır ki, terakt nəticəsində bir neçə nəfər həlak olub. Qurbanların sayı dəqiqləşdirilir.

Yerli Kabul News telekanalının verdiyi məlumata görə, hazırda Əfqanıstanın paytaxtının ən böyük dini binalarından birinin ərazisində Taliban və “Xorasanda İslam Dövləti” yaraqlıları arasında atışma gedir. 

Son anda verilən informasiyaya görə, partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Daha 32 nəfər yaralanıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, məlumatlar dəyişə bilər. Daha əvvəl 8 ölü və 20 yaralı haqqında məlumat verilmişdi.

Daxili İşlər Nazirliyinin sözçüsü Qari Said Xosti üç şübhəlinin tutulduğunu açıqlayıb.

Yerli mətbuat yazır ki, partlayış zamanı Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahidin anasının ölümü ilə əlaqədar məsciddə cənazə namazı qılınırmış.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO