Ukrayna Saakaşviliyə dəstək olacaq - RƏSMİ 

Ukrayna Saakaşviliyə dəstək olacaq - RƏSMİ 

Hazırda oxunan: Ukrayna Saakaşviliyə dəstək olacaq - RƏSMİ 

0:00
0:00
39823

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Gürcüstanda həbs olunan Mixeil Saakaşvili ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, nazir bu gün səhər Gürcüstan səfirliyinin nümayəndəsinin Ukrayna XİN-ə çağırıldığını deyib: 

“Onunla bu məsələ danışılacaq. Mixeil Saakaşvili bizim vətəndaşdır və təbii ki, ona müvafiq dəstək göstərəcəyik. Biz Ukraynanın hər bir vətəndaşını bəlaya düşdüyü halda müdafiə edirik. 

Qeyd edək ki, Gürcüstanın sabiq Prezidenti M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. O, hazırda Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsindədir.  

53 yaşlı siyasətçi 2015-ci ildən Ukrayna vətəndaşıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO