Bin Laden sirri açılıb qurtarmır:

Bin Laden sirri açılıb qurtarmır: "Həmin gün orada yox idi"

Hazırda oxunan: Bin Laden sirri açılıb qurtarmır: "Həmin gün orada yox idi"

39579

11 sentyabr terror aktını törətdiyi iddia edilən “Əl-Qaidə” terror təşkilatının lideri Usamə bin Ladenin ABŞ ordusunun əməliyyatında öldürülməsindən təxminən 11 il ötür.

Bizim.Media xəbər verir ki, bin Ladenin öldürülməsi ilə bağlı bir çox fərziyyələr gündəmdə olsa da, Pakistandakı əməliyyatın araşdırılması zamanı ortaya çıxan son iddia müzakirələrə səbəb olub.
 

Rusiyanın “Sputnik” agentliyinə danışan jurnalistlər və şahidlər hələ də terror əməliyyatının təşkil edilib-edilmədiyindən şübhələndiklərini bildiriblər. Mənbələrə görə, bin Ladenin həmin gün əməliyyatın keçirildiyi binada olması heç bir şəkildə təsdiqlənməyib.


Əməliyyatı yerində izləyən pakistanlı jurnalist Süheyl Abbas 2011-ci ilin mayında Abbotabadda baş verənlərin Vaşinqtonun dünya ictimaiyyəti və Amerika vətəndaşları qarşısında nüfuzunu xilas etmək üçün göstərilən performansdan başqa heç bir şey olmadığını düşündüyünü söyləyib.

Şahid Raca Harun da eyni fikirdədir: “Bin Ladenin binada olmadığına əminik. Amma ailəsi bir neçə il idi ki, bu bölgədə yaşayırdı”.
 

Pakistan hökuməti bəyanat verənə qədər Harun bütün əməliyyatı müşahidə edib. O, həmin vaxt bin Ladenin olduğu iddia edilən binadan bir neçə metr aralıda yaşayıb.


“Əməliyyatın başa çatmasından sonra Amerika və Qərb mediasında Üsamə bin Ladenin şəhərimizdə öldürülməsi xəbərini eşidəndə təəccübləndik. Sonra yerli və xarici jurnalistlər gəlməyə başladı və hadisə yerinə baxdılar.

Obama və dünyanın ən təhlükəli terror təşkilatının başçısının öldürülməsi ilə əlaqədar verdiyi açıqlamalar və bir-birini təbriklər etmələri, əməliyyatdan sonra guya cəsədinin dənizə atıldığının elan edilməsi axmaqlıq və gülməli idi”, – Harun vurğulayıb.

ABŞ hökuməti Üsamə bin Ladenin 2011-ci ilin mayında öldürüldüyünü açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO