Ərdoğan Putindən bu suala cavab istədi: “PKK-nın niyə Moskvada ofisi var?”

Ərdoğan Putindən bu suala cavab istədi: “PKK-nın niyə Moskvada ofisi var?”

Hazırda oxunan: Ərdoğan Putindən bu suala cavab istədi: “PKK-nın niyə Moskvada ofisi var?”

39505

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Soçidə aparılan danışıqların nəticələrini şərh edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Anadolu" agentliyi yayıb.

Mənbə yazır ki, Türkiyə liderini müşayiət edən jurnalistlərə verdiyi müsahibədə Ərdoğan Türkiyənin Rusiya və Suriya ilə bağlı bütün razılaşma nöqtələrinə sadiq qaldığını söyləyib. Türkiyə lideri bu mövzuda anlaşılmazlığın olmadığını vurğulayıb.

Prezident Ərdoğan Ankaranın S-400 raket sistemindən geri çəkilmək niyyətində olmadığını deyib:

“Bu məsələni Soçidə ətraflı şəkildə müzakirə etdik, müdafiə sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyin yollarını aradıq".

Dövlət başçısı Ankaranın suriyalı qaçqınları vətənlərinə qaytarmaq səylərinə diqqət çəkib:

“400 milyonu İdlibə gedən 1 milyondan çox suriyalı Türkiyədən vətənlərinə dönüb. Suriyalıların təhlükəsiz geri dönməsini təmin etmək üçün səylərimizi davam etdiririk”.

Türkiyə Prezidenti daha sonra Putinin diqqətini Moskvada PKK / YPG terror təşkilatının ofisinin olmasına çəkib. Ərdoğan Türkiyənin terrorla mübarizədə Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu söyləyib.

Suriya mövzusuna davam edən Türkiyə lideri Vaşinqtonun bölgədəki siyasətini tənqid edib.

Ərdoğan açıq şəkildə ABŞ Prezidentinin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerkeni PKK / YPG / PYD terrorçularının "rejissoru" adlandırıb. "O, terrorçularla qucaqlaşır" deyən Türkiyə Prezidenti Makqerkenin terrorçularla təmaslarının Ankaranı narahat etdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO