“ABŞ Əfqanıstan müharibəsində məğlub olub” – RƏSMİ ETİRAF

“ABŞ Əfqanıstan müharibəsində məğlub olub” – RƏSMİ ETİRAF

Hazırda oxunan: “ABŞ Əfqanıstan müharibəsində məğlub olub” – RƏSMİ ETİRAF

39467

ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah rəisi Mark Milli ABŞ-ın Əfqanıstan müharibəsində məğlub olduğunu etiraf edib.

Bizim.Media İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu fikirləri o, ABŞ Senatında keçirilən dinləmələrdə səsləndirib.

Millinin sözlərinə görə, bu müharibə ABŞ üçün strateji uğursuzluq idi.

O, "Ancaq biz onun son 20 gündə və hətta son 20 ayda itirmədik" deyib və uğursuzluğun səbəblərinin çox keçmişdə olduğunu bildirib.

Millinin fikrincə, bir sıra pis strateji qərarlar bu nəticəyə gətirib çıxarıb. Hərbi məmur Amerika qüvvələrinin "Əl-Qaidə" terror qruplaşmasını məğlub edə bildiklərini, lakin taliblərin hakimiyyətə gəlməsinin qarşısını ala bilmədiklərini xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO