Almaniyanın yeni kansleri kim olacaq?

Almaniyanın yeni kansleri kim olacaq?

Hazırda oxunan: Almaniyanın yeni kansleri kim olacaq?

39281

Sosial Demokrat Olaf Şolz Almaniya Federativ Respublikasının Kansleri olmaq üçün ən yaxşı şansa sahibdir.

Bizim.Media “vz.ru”ya istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın Xristian Sosial Birliyinin (XSB) lideri Markus Zeder səsləndirib.

Onun sözlərinə görə, XSB-nin Xristian Demokrat Partiyası ilə birlikdə kanslerliyə başqa bir namizədi var: “Bu, Xristian Demokrat Birliyinin lideri Armin Laşetdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Bundestaqın ilk iclası oktyabrın 26-da baş tutacaq


"Hazırda kansler olmaq üçün ən yaxşı şans şübhəsiz ki, Olaf Şolzdadır". RIA Novosti agentliyi XSB-nin lideri Zederdən sitat gətirib.

“Almaniya Sosial Demokratlar Partiyasının koalisiya qurmaqda prioriteti daha çoxdur, ancaq XDB/ XSB sabit bir hökumət yaratmaq üçün Yaşıllar və Azad Demokratlarla danışıqlar aparmağa çalışacaq.

Bunlar Almaniya üçün həyəcanlı günlər və XDB/ XSB üçün çətin günlərdir. Bildirmək lazımdır ki, bazar günü ağır məğlubiyyətə uğradıq. Seçkilərin nəticələrinə hörmət etmək vacibdir ”, - deyə siyasətçi yekunlaşdırıb.

Xatırladaq ki, Almaniyada ötən bazar günü parlament seçkiləri keçirilib. Seçki dairələrinin yarısından çoxunun ilkin məlumatlarına görə, Almaniya Sosial Demokrat Partiyası (SDP) 25,7%, Xristian Demokrat və Xristian Sosial Birliklər (XDB/ XSB) bloku 24,1% və Yaşıllar 14,8 % səs toplayıb.

Yaxın günlərdə hökumətin qurulması ilə bağlı ilkin danışıqlar başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO