Çexiyanın

Çexiyanın "Majino xətti"nin maraqlı taleyi

Hazırda oxunan: Çexiyanın "Majino xətti"nin maraqlı taleyi

39047

Çexiyanın alış-veriş saytlarında qəribə elanların, məsələn... keçmiş müdafiə bunkerlərinin satışı haqqında elanların sayı ilbəil çoxalır.

Bizim.Media xəbər verir ki, bu il belə bunkerlərin satışı üzrə "rekord ili" olub.

1930-cu illərin sonunda, o vaxtkı Çexoslovakiya Üçüncü Reyxlə sərhəddə güclü müdafiə xətti qurmağa başladı.

Ehtimal edilən müharibə başlanacağı təqdirdə həmin müdafiə xətti alman qoşunlarının ölkənin daxilinə doğru irəliləməsini yavaşıtmalı, hətta dayandırmalı idi. Bəzən onu Çexiyanın "Majino xətti" adlandırırdılar.

Düzdür, o, tamamlanmamışdı, lakin dağ silsilələri ilə yanaşı Vermaxtın "blitskriq"i ("ildırım sürətli" müharibəsi) üçün ciddi bir maneə idi.

1938-ci ildə Hitlerlə Münhen sövdələşməsindən sonra, müttəfiqlər Praqanı inandırdılar ki, Fürerin Sudetlərin Almaniyaya verilməsi barədə tələbinə tabe olmaq lazımdır. Beləliklə, Çexoslovakiya bunker sistemindən məhrum oldu. Daha sonra, Qırmızı Ordunun hücumu zamanı nasistlər bu bunkerlərdən müdafiə məqsədilə istifadə edirdilər.

Berlin Divarı və "Dəmir Pərdənin" çökməsi nəticəsində bu bunkerlər Çex Silahlı Qüvvələrinin balansına keçdi. Müdafiə Nazirliyi tədricən onları ayrı -ayrı şəxslərə və şirkətlərə satırdı.

Bu gün onlardan əsasən turizm məqsədləri üçün istifadə olunur. Hazırda onların bəzilərində hətta kiçik motellər və kafelər açılıb. Buna görə də, daşınmaz əmlak bazarının saytında "Bunker satıram" elanına rast gəlsəniz təəccüblənməyin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO