Çin işıqsız qalıb – Təxribatı kim törədib? 

Çin işıqsız qalıb – Təxribatı kim törədib? 

Hazırda oxunan: Çin işıqsız qalıb – Təxribatı kim törədib? 

38927

Çində elektrik enerjisinin çatışmazlığı yaşanır.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Enerji çatışmazlığı ölkədə əksər istehsalçılara təsir edib, bəzi müəssisələr ümumiyyətlə istehsalı dayandırıb. 

Elektrik enerjisi çatışmazlığı əhalini də əhatə edir. Ölkənin şimal - şərqində xəbərdarlıq edilməmiş elektrik kəsintiləri baş verir.

Liaoning, Jilin və Heilongjiang əyalətlərində yaşayan çinlilər işıqforların, liftlərin işləməməsindən sosial şəbəkələrdə şikayətləniblər. 

Yerli kütləvi informasiya vasitələri çatışmazlığın səbəbinin kömürün qiymətinin artması ilə əlaqədar olaraq tədarükün azalması ilə bağlı olduğunu bildiriblər.

Çünki ölkədə enerji istehsalı kömürdən asılıdır.

Sosial şəbəkələrdə enerji şirkətlərindən birinin elektrik kəsilmələrinin gələn ilin yazına qədər davam edəcəyi və bunu normal yaşam tərzinə çeviriləcəyi barədə açıqlaması yayılsa da, sonradan şirkət tərəfindən həmin məlumat silinib. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO