Türkiyənin paytaxtı Ankarada İkinci Qarabağ Müharibəsinin şəhidləri anılıb.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Məmmədov da çıxış edib.
Səfir çıxışında ötən il 27 sentyabrda başlayan əks hücum əməliyyatı zamanı “dost və qardaşların” kim olduğunun üz çıxdığını bildirib. Məmmədov Türkiyəyə Azərbaycanı tək qoymadığı, haqlı mübarizəsində dəstək olduğu üçün təşəkkür edib.
Mərasimdə iştirak edən Türkiyə-Azərbaycan Dostluq vəqfinin sədri Aygün Attar şəhidləri böyük ehtiramla anıb:
“Ölümsüzlük şəhadətlə qazanılır. 44 günlük müharibədə qalib gələn qəhrəman Azərbaycan ordusunu salamlayır, şəhadətlə ölümsüzlüyə qovuşan şəhidlərini hörmətlə anırıq”
Qeyd edək ki, 10 noyabrda üçtərəfli bəyanat imzalanması ilə 44 günlük müharibə başa çatıb.
Nəticədə Azərbaycanın 7 şəhəri və 300-dən çox kəndi erməni işğalından azad olunub. Bu müddətdə Azərbaycan ən böyük siyasi dəstəyi Türkiyədən alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:29 / 27.09.2021
Ankarada Azərbaycan şəhidləri ANILDI
Hazırda oxunan: Ankarada Azərbaycan şəhidləri ANILDI
Hazırda oxunan: Ankarada Azərbaycan şəhidləri ANILDI
0:00
0:00
38860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.