Meksikada dəhşətli hadisə baş verib.
Bizim.Media xəbər verir ki, Quanaxuato şəhərində keçirilən ad günü partisi zamanı partlayış qeydə alınıb.
Hadisə zamanı iki nəfər ölüb. 4 yaralı var. Bildirilir ki, partlayıcı qurğu ad günü hədiyyəsinin içində göndərilib.
Partinin keçirildiyi məkanın sahibi bağlamanı yoxlamaq üçün açıb. Nəticədə partlayış baş verib.
Polis ehtimal edir ki, hadisəni məkanın sahibi ilə gərginliyi olan şəxslər törədib. Digər ehtimallar da nəzərdən keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:56 / 27.09.2021
Ad günü hədiyyəsini açdı - Dəhşət yaşandı
Hazırda oxunan: Ad günü hədiyyəsini açdı - Dəhşət yaşandı
Hazırda oxunan: Ad günü hədiyyəsini açdı - Dəhşət yaşandı
38830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.