Olaf Şolzun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində liderlik edir.
Bizim.Media xəbər verir ki, bunu ZDF telekanalının Exit sorğusu göstərir. Sosial Demokratlar 26 faiz səs toplayıb.
İkinci yerdə 24 faizlə Armin Laşetin rəhbərlik etdiyi Alman mühafizəkarlar partiyası gəlir.
MÖVZU İLƏ BAĞLI:
Yeni Bundestaqın ilk iclası oktyabrın 26-da baş tutacaq
Üçüncü yerdə Annalena Berbokun rəhbərlik etdiyi "Birlik 90 / Yaşıllar" blokudur. 14,5 faiz səs qazanıb. “Almaniya üçün Alternativ" sağçı partiyası isə 11 faizlə dördüncü yerdədir.
Eyni zamanda Bundestaqa, həmçinin 5% seçki həddini aşan "Sol" partiyası da daxil olub. Almaniyanın Azad Demokrat Partiyası 12 faiz səs toplayıb.
Bizim.Media