Gözəllik salonu 271 min dollar cərimələndi – SƏBƏB

Gözəllik salonu 271 min dollar cərimələndi – SƏBƏB

Hazırda oxunan: Gözəllik salonu 271 min dollar cərimələndi – SƏBƏB

38754

Hindistanda gözəllik salonu bir qızın saçını pis kəsdiyinə görə 271 min dollar cərimələnib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “BBC News” nəşri yayıb.

Mənbə yazır ki, adı açıqlanmayan qız bərbərə gələrək saçının hansı uzunluqda kəsiləcəyini deyib. Bərbər isə onun saçlarını kəsib və cəmi 10 santimetr saxlayıb.

Qız bundan hirslənərək gözəllik salonunu məhkəməyə verib.

"Güzgüdə özünə baxa bilmir. O, kommunikasiya üzrə mütəxəssisdir, görüşlərdə və interaktiv sessiyalarda iştirak etmək məcburiyyətindədir. Hadisədən sonra onun özünə inamı itib”.

Məhkəmənin qərarında belə deyilir.

Nəticədə qız işini itirib və psixi pozğunluqların müalicəsinə görə xeyli pul xərcləyib. 

Məhkəmə isə qıza dəymiş ziyana görə gözəllik salonuna 271 min dollar təzminat ödəməsinə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO