"Taliban" şərtləri qəbul etmədi

Hazırda oxunan: "Taliban" şərtləri qəbul etmədi

38378

"Taliban” hərəkatı Əfqanıstandakı yeni hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtləri qəbul etməkdən imtina edib. 

Bizim.Media xəbər verir ki, bunu yeni hökumətin informasiya və mədəniyyət nazirinin müavini Zəbiullah Mücahid "Skynews Arabia”ya müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Taliban" qadınlara evdən çıxmağı qadağan etdi


Z.Mücahid vurğulayıb ki, belə tələblər beynəlxalq qanunvericiliyin pozulmasıdır:

"Başqa dövlətlərin hökumətinin tanınması da "Taliban”ın, eləcə də əfqan xalqının hüququdur. Bizim hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər qəbuledilməzdir”. 

Qeyd edək ki, "Taliban" Əfqanıstanda müvəqqəti hökumətin tərkibini elan edib. Heç bir dövlət bu hökuməti tanımayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO