Suriya hakimiyyəti Türkiyədən silahlı qüvvələrini ərəb respublikasının şimal ərazilərindən dərhal çıxarmasını tələb edib.
Bizim.Media xəbər verir ki, bunu RİA Novosti-yə xarici işlər naziri Faysal Mikdad İdlib əyalətində son vaxtlar gərginliyin artmasını şərh edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Suriyada prezident seçkiləri keçirilir - Bəşər Əsəd yenə namizəddir - FOTO
"Hesab edirəm ki, Türkiyə dərhal qoşunlarını geri çəkməlidir. Beynəlxalq birlik də öz növbəsində Suriyanın şimalında işğal olunmuş əraziləri azad etmək səylərini dəstəkləməlidir", - nazir deyib.
Suriya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, bu eskalasiyanın əsas səbəbi "Türkiyənin işğalı, həmçinin Ankaranın yerdəki terror qruplarına göstərdiyi dəstəkdir".
Daha əvvəl Türkiyənin Suriyanın İdlib əyalətinə tanklar da daxil olmaqla 300-ə yaxın hərbi texnika və 4000 əsgər göndərdiyi məlum olub. Altı ay ərzində Suriya torpaqlarında olan Türk birliklərinin sayının demək olar ki, iki dəfə artdığı bildirilir.
Bizim.Media