Rusiya prezidenti Vladimir Putinin kulinariya zövqləri ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə 2012-ci ilə qədər Kremldə aşpaz işləyən Jerom Riqo “Paris Match” jurnalına müsahibəsində məlumat verib.
O, Putin üçün ətin birinci yerdə olduğunu bildirib.
Riqo dövlət sirri olduğu üçün bütün detalları açıqlaya bilməyəcəyini vurğulayıb. Putinin yeməkləri üçün ərzaqlar çox ciddi yoxlanışdan keçib. Hətta aşpaz prezidentin süfrəsini açmaq üçün həkim və hərbçilərin nəzarəti altında icazə gözləməli olub.
J. Riqo Rusiyada işinin çətin və sirli olduğuna baxmayaraq, orada işləməyin çox xoşuna gəldiyini deyib.
Daha əvvəl “Kremlyovski” ərzaq kombinatının direktoru vəzifəsini tutan Viktor Belyaev Vladimir Putinin ən çox şorba-püre və balıqdan hazırlanmış şorbalara – uxaya üstünlük verdiyini bildirmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:36 / 22.09.2021
Putinin keçmiş aşpazı sirrləri açdı – “Həkim və hərbçilərin nəzarəti altında…”
Hazırda oxunan: Putinin keçmiş aşpazı sirrləri açdı – “Həkim və hərbçilərin nəzarəti altında…”
Hazırda oxunan: Putinin keçmiş aşpazı sirrləri açdı – “Həkim və hərbçilərin nəzarəti altında…”
38137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.