Rusiyada ən çox gəlir əldə edən 10 milyarder – Azərbaycanlı da var 

Rusiyada ən çox gəlir əldə edən 10 milyarder – Azərbaycanlı da var 

Hazırda oxunan: Rusiyada ən çox gəlir əldə edən 10 milyarder – Azərbaycanlı da var 

38131

Forbes 2020-ci ildə ən çox qazanan rusiaylı milyarderlərin adını açıqlayıb.

Bizim.Media xəbər verir ki, birinci yeri Aleksey Mordaşov tutub. Onun gəliri 1,7 milyard dollar olub.

Mənbə ən çox qazanan milyarderlərin sıralamasını təqdim edir. 

Bu il on iştirakçının ümumi gəliri demək olar ki, 30% azalaraq 10.7 milyard dollara düşüb. Aleksey Mordaşov birinci yeri tutub. Dividendlər və Tele2 operatorunun səhmlərinin satışı ona 1.7 milyard dollar qazandırıb. 

Forbes jurnalını alan Andrey Andreyevin MagicLab holdinqindəki payına görə gəliri isə 2,25 milyard dollar qiymətləndirir.

Stroytransneftegazın podratçısı Gennadi Timçenko siyahıya yenicə daxil olub. Timçenkodan əlavə, reytinqdə gəlirlərinin şirkətlərinin dividendləri hesabına formalaşan üç yeni "pul kralı" var: Alişir Usmanov, Viktor Raşnikov və Andrey Skoç. Keçən ilki reytinqdən hazırkı siyahıya Vladimir Lisin, Aleksey Mordaşov, Vladimir Potanin, Roman Abramoviç, Vahid Ələkbərov və Süleyman Kərimov daxildir.

1. Aleksey Mordaşov və ailəsi, təxmini gəlir: 1.7 milyard dollar.

Gəlir mənbəyi: Severstal, TUI və Nordgolddan dividendlər, Tele2 səhmlərinin satışı

2. Vladimir Lisin, təxmini gəlir: 1.48 milyard dollar.

Gəlir mənbəyi: dividendlər və NLMK səhmlərinin satışı

3. Əlişir Usmanov, təxmini gəlir: 1.43 milyard dollar.

Gəlir mənbəyi: Metalloinvest -in dividendləri

4. Vahid Ələkbərov, təxmini gəlir: 1.14 milyard dollar.

Gəlir mənbəyi: Lukoil dividendləri

5. Süleyman Kərimov və ailəsi, təxmini gəlir: 922 milyon dollar.

Gəlir mənbəyi: dividendlər və Polyus səhmlərinin satışı

6. Vladimir Potanin, təxmini gəlir: 897 milyon dollar.

Gəlir mənbəyi: Norilsk Nikel dividendləri

7. Andrey Skoç və ailəsi, təxmini gəlir: 875 milyon dollar.

Gəlir mənbəyi: Metalloinvest -in dividendləri

8. Viktor Raşnikov, təxmini gəlir: 828 milyon dollar.

Gəlir mənbəyi: MMK dividendləri

9. Gennadi Timçenko, təxmini gəlir: 788 milyon dollar.

Gəlir mənbəyi: Novatek, Sibur və Transoil -dən dividendlər, Stroytransneftegaz -da payın satışı

10. Roman Abramoviç, təxmini gəlir: 645 milyon dollar.

Gəlir mənbəyi: Evraz və Norilsk Nikel -dən dividendlər, TransContainer və Highland Gold -da pay satışı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO