Rusiya Dövlət Dumasına seçkilərin TAM NƏTİCƏLƏRİ

Rusiya Dövlət Dumasına seçkilərin TAM NƏTİCƏLƏRİ

Hazırda oxunan: Rusiya Dövlət Dumasına seçkilərin TAM NƏTİCƏLƏRİ

37893

Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə 49,82 faiz səs yığaraq qalib gəlib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 100 %-ə istinadən bildirib.

Mənbə bildirir ki, "Vahid Rusiya" 49,82 % səslə Dövlət Dumasına seçkilərdə liderliyini saxlayıb, Rusiya Federasiyası Kommunist Partiyası 18,93 %-lə ikinci yerdə, Rusiya Liberal Demokrat Partiyası 7,55 %-lə üçüncü yerdə qərarlaşıb.

Liderlərin beşliyinə həmçinin "Ədalətli Rusiya” (7,46 %), "Yeni insanlar" (5,32 %) partiyaları düşüb. Beləliklə, beş partiya 5 %-lik baryeri aşaraq Dövlət Dumasına düşüb.

Rusiyada parlament və yerli idarəetmə orqanlarına seçkilər sentyabrın 17-dən 19-dək keçirilib. Seçkilərdə iştirak 51 %-i ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO