Bu gün Nyu-Yorkda Türk Evinin açılışı olub.
Bizim.Media xəbər verir ki, mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş də qatılıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: "Türk Evimiz ABŞ-dakı vətəndaşlarımızın, türk soydaşlarımızın məkanı olacaq" - FOTO
Ərdoğan Türk Evini ölkənin artan gücünün və nüfuzunun rəmzi adlandırıb. O, həmçinin, yeni tikilinin Türkiyə xalqının sülhə olan inamını ifadə etdiyini bildirib.
Quterreş isə çıxışında Türkiyənin müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu bəyan edib.
Təşkilat rəhbəri BMT-nin layihələrinə, xüsusən də qaçqınların yerləşdirilməsilə bağlı proqramlarda fəal iştirakına görə qardaş ölkəyə təşəkkür edib.
Qeyd edək ki, BMT-nin Baş qərargahı ilə üzbəüz olan binanın təməli dörd il öncə atılıb.
Bizim.Media