12 yaşlı məktəbli tanışından hamilə qaldı

12 yaşlı məktəbli tanışından hamilə qaldı

Hazırda oxunan: 12 yaşlı məktəbli tanışından hamilə qaldı

37864

Moskvada 12 yaşlı 6-cı sinif şagirdin hamiləliyi qeydə alınıb. 
 
Bizim.Media xəbər verir ki, Daşa yaşıdları ilə ünsiyyətcil deyil, qapalı, ciddi qızdır. Lakin onun özündən xeyli böyük dostu olub. Anası onun adını bilmir, qız da ad çəkməkdən imtina edir. 
 
Anası bildirir ki, qızının son 4 həftədə ciddi ürək bulanmaları və halsızlığı olub.

Həkimə getməzdən öncə ana aptekdən test alır. Hamiləlik işarəsini görəndən sonra huşunu itirir, qız isə əksinə sevinib. 
 
"Qızım həmişə bacı və ya qardaş istəyirdi. Tək olduğuna görə özünü bədbəxt hiss edirdi. Tez-tez deyirdi ki, tez böyüyüb, ailə qurub, uşaq sahibi olmaq istəyir. Ona görə hamiləliyindən sevindi və uşağı saxlamaq, dünyaya gətirmək qərarına gəldik". 
 
Daşa etiraf edir ki, dostu ilə münasibətdən öncə həqiqi yaşını gizlədib. Ona 16 yaşının olduğunu bildirib. 
 
"Biz ilk günlər sadəcə görüşüb gəzirdik. Əgər ona 12 yaşımın olduğunu desəydim, o mənlə görüşməyəcəkdi. 1 həftədən sonra o, məni kirayə qaldığı evə dəvət etdi. İlk vaxtlar mən qoruyucu ilə münasibətdə olurdum.

Xəstəlikdən, infeksiyadan qorxurdum. Sonra o da istəmədi, dedi bunsuz da olar. Mən dedim ki, birdən hamilə qala bilərəm. Dedi ki, yox olmaz". 
 
Qız hamilə olduğunu biləndən sonra uşağının atası ilə görüşmür. (medicina) 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO